Bakı Fond Birjası Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzvlüyünə qəbul olunmuşdur.

7 yanvar 2024-cü il tarixində Bakı Fond Birjası Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzvlüyünə qəbul edilmişdirr. Ötən ilin dekabr ayında tərəflər arasında ilkin görüşlər keçirilmiş və əməkdaşlığın aparılmasına qərar verilmişdir.

Qeyd edək ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) ölkəmizdə 2012-ci ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı ildən etibarən AHK Azərbaycan şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və lazımi dəstək verir.

Bazar və müştəri-yönümlü xidmətlər göstərən AHK Azərbaycan konsaltinq şirkəti Almaniya və Azərbaycan şirkətlərinin iqtisadi maraqlarını dəstəkləyir. AHK Azərbaycan tərəfindən təklif olunan xidmətlər tərəfdaşlıq vasitəçiliyindən, eləcə də bazara giriş ilə bağlı məsləhətlərdən tutmuş yerli biznes iştirakının təşkilinə qədər çox böyük bir sahəni əhatə edir.

Əlaqədar məqalələr
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►