Azərbaycan 47-ci Beynəlxalq Bağdad Yarmarkasında iştirak edir

47-ci Beynəlxalq Bağdad Yarmarkasında Azərbaycan vahid ölkə stendi ilə təmsil olunur.

İraqın Bağdad şəhərində 47-ci Beynəlxalq Bağdad Yarmarkası (47th Baghdad International Fair) keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətləri sözügedən tədbirə qatılıb.

Belə ki, “Made in Azerbaijan” vahid ölkə stendində Azərbaycanın çay, bitki yağları, qənnadı məmulatları, kolbasa və sosis məhsulları, nar şirəsi, limonad və mineral sular, konservlər və digər məhsullar nümayiş olunur. Stenddə B2B görüşlər üçün ayrılmış xüsusi yerlərdə Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirir, məhsul ixracına dair müzakirələr aparırlar.

Eyni zamanda, stenddə AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunur, ziyarətçilərə sahibkarlara göstərilən dəstək, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə müvafiq çap materialları təqdim edilir.

Qeyd edək ki, yanvarın 19-dək davam edəcək yarmarkada 20 ölkədən 800-dən çox şirkət iştirak edir.

Əlaqədar məqalələr
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►