BOKT “İnternational” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

15 yanvar, 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “İnternational” ASC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 1,000 manat olan AZ2009021026 dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 1,000,000 (bir milyon) manat olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 2 investor tərəfindən qiyməti 1000.0000 manat (13%) manat olan 2 sifariş təqdim edilmişdir. İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 1000.0000 manat (13%) manat olaraq müəyyən edilmişdir. İstiqrazların illik faiz dərəcəsi 13 %, faiz ödəniş dövrü isə hər 90 gündən bir təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000 manat, yerləşdirilmiş həcmi isə 1,000,000 manat təşkil edilmişdir.          

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların ödəmə tarixi 15.07.2025-ci ildir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►