İstehlakçılar ölçmə vasitələrinin dəqiqliyini QR kod vasitəsilə yoxlaya biləcəklər

Rəqabət qurumunun şəffaflıq və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində fəaliyyət üzrə keyfiyyət portalının yaradılması başa çatmaq üzrədir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2023-cü ildə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, portal akkreditasiya edilmiş, uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin tam rəqəmsallaşdırılmasına təkan verəcək və bütün sertifikatlar QR kodlarla təqdim olunacaq.

“Artıq ölkənin istehlak bazarında, misal olaraq, “Araz” supermarketlər şəbəkəsində istifadə olunan bütün ölçmə vasitələrinin üzərinə QR kodlar vurulub. Bu, Azərbaycan Metrologiya İnstitutu tərəfindən ötən ilin sonundan tətbiq edilən bir yanaşmadır. İstehlakçı QR kodu oxutmaqla ölçmə vasitəsinin (tərəzi və yaxud digər elektron ölçmə vasitəsi) sertifikatının nə zaman və hansı qurum tərəfindən yoxlanıldığı barədə məlumat əldə edə bilər. Bu, istehlakçıda aldığı məhsulun çəkisinə tam dəqiqliklə riayət olunduğuna əlavə əminlik yaradır. 2024-cü ildə bu yanaşma yanacaqdoldurma məntəqələrində və s. sahələrdə də tətbiq olunacaq”, – deyə M.Abbasbəyli qeyd edib.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" ....

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd…
►►►
Elm / Texnologiya

Böyük oğurluq: dələduzlar MDB ölkələrində GTA VI ilə bağlı öncədən sifarişdən necə sui-istifadə edirlər

Böyük oğurluq: dələduzlar MDB ölkələrində GTA VI ilə bağlı öncədən sifarişdən necə…
►►►
Elm / Texnologiya

AZINCLOUD ilə biznesinizi bulud mühitinə köçürün!

AZINCLOUD ilə biznesinizi bulud mühitinə köçürün! “AzInTelecom” MMC-nin fərdi…
►►►