BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

19 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC-nin ümumi dəyəri 500,000 (beş yüz  min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

25 yanvar 2024-cü il tarixində BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC-nin ümumi dəyəri 500,000 (beş yüz  min) manat olan istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “CPM Invest Investisiya Şirkəti” ASC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəriİllik faiz dərəcəsiTədavül müddətiKupon faizlərinin ödəniş müddəti
AZ2006021532Faizli təmin edilməmiş sənədsiz adlı500 (ədəd)1000 manat14 %540 günHər 90 gündən bir

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Azərbaycan məhsullarının Avropanın....

Azərbaycan məhsullarının Avropanın satış şəbəkələrinə çıxarılması barədə…
►►►
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►