Bakı Fond Birjasında “Konstromat” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.

18 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə  “Konstromat” ASC-nin ümumi dəyəri 196,000 (yüz doxsan altı min) manat olan səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilmişdir.

26 yanvar 2024-cü il tarixində “Konstromat” ASC-nin ümumi dəyəri 196,000 (yüz doxsan altı min) manat olan səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.

Bildirmək istərdik ki, səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutarsa, səhmlər standart bazar seqmentində şərti listinqdən çıxarılaraq standart bazar seqmentinə keçiriləcədir. 

Yerləşdirmə üzrə anderrayter “Invest-AZ İ.Ş” QSC -dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNSəhmlərin növü və formasıSəhmlərin sayıNominal Dəyəri  Yerləşdirmə  forması  Yerləşdirmə  tarixi  Anderrayter  
AZ1001024285Adi adlı  sənədsiz  səhm19 600 (ədəd)10 manat  Abunə yazılışı üsulu  26.01.2024  “Invest-AZ I.Ş” QSC
Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►