Mebel istehsalında artım qeydə alınıb

2023-cü il ərzində ölkədə 292,8 milyon manat dəyərində mebel istehsal edilib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki müvafiq göstəricini 29,7 faiz və ya 67 milyon manat üstələyir.

Ötən ilin noyabr ayı ilə müqayisədə isə dekabrda istehsal dəyərində 69,3 faiz və ya 17,6 milyon manat artım qeydə alınıb. Dekabr ayında 43 milyon manat dəyərində mebel istehsal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə 2023-cü ildə ölkəyə 132,1 milyon ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub ki, bu da 2022-ci ilin göstəricisini 12,8 faiz və ya 15 milyon dollar üstələyir.

Ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda sözügedən məhsulların idxalı dəyər ifadəsində 19,4 faiz və ya 1,83 milyon dollar artıb. Dekabrda ölkəyə 11,28 milyon dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, 2023-cü ildə bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,76 faizə bərabər olub.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►