Rəqəmsal iqtisadiyyata xarici investisiyaların cəlb edilməsinə dair hesabat hazırlanır

Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən ölkəmizdə fəaliyyət göstərən 100-dən çox yerli və xarici şirkət arasında Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiya qoyuluşu ilə bağlı sorğu və müsahibələr keçirilib.

Bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, sorğunun əsas məqsədi ölkənin rəqəmsal iqtisadiyyatına xaricdən investisiyaların cəlb edilməsi üçün hansı çağırışların olduğunu, nələri inkişaf etdirməyin, nələrin aradan qaldırılmasının tələb olunduğunu müəyyən etməkdir: “2024-cü ilin sentyabr ayınadək hesabat tam yekunlaşacaq və biz Dünya İqtisadi Forumu ilə böyük bir tədbir keçirib onu açıqlayacağıq”.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Qaranlıq şəbəkədə bizneslərə ilkin giriş....

Qaranlıq şəbəkədə bizneslərə ilkin giriş məlumatlarının satışı haqqında elanların…
►►►
Elm / Texnologiya

Qanuni “ScreenConnect” aləti üzərindən troyan yayan genişmiqyaslı kampaniya aşkarlanıb

Qanuni “ScreenConnect” aləti üzərindən troyan yayan genişmiqyaslı kampaniya…
►►►
Elm / Texnologiya

“SİMA İmza” ilə bütün vergi xidmətləri cibinizdə!

“SİMA İmza” ilə bütün vergi xidmətləri cibinizdə! SİMA yeni nəsil rəqəmsal vergi…
►►►