BMT-ni və ya onun təşəbbüslərini təmsil etdiklərini iddia edən internet resurlarına daxil olarkən ehtiyatlı davranmağa çağırırıq. 

Biz bütün şəxsləri və təşkilatları BMT-ni və ya onun təşəbbüslərini təmsil etdiklərini iddia edən internet resurlarına daxil olarkən ehtiyatlı davranmağa, mənbələrin həqiqiliyi ilə bağlı diqqətli olmağa çağırırıq.

Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının adı ilə fəaliyyət göstərən saxta internet səhifəsinin mövcudluğu haqda məlumat əldə etmişik: https://z2wo757732g.typeform.com/to/Xl1IW5vv

Bildiririk ki, bu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rəsmi internet səhifəsi deyil və Birləşmiş Millətlər Təşkilatı ilə heç bir əlaqəsi yoxdur.

Birləşmiş Millətlər Təşkilatının embleminin bu səhifədə olduğu kimi icazəsiz istifadəsi və nümayişi qadağandır və yalnız təşkilatın öz fəaliyyət və təşəbbüslərində istifadə oluna bilər. 

Emblemin müvafiq icazə olmadan istifadəsi beynəlxalq hüququn pozulmasıdır. Bu, ictimaiyyət arasında çaşqınlıq yaradır, dezinformasiyanın yayılmasına səbəb olur. Aldadıcı veb-səhifələr vasitəsilə saxta məlumatlar təbliğ edilə bilər.

Biz bütün şəxsləri və təşkilatları BMT-ni və ya onun təşəbbüslərini təmsil etdiklərini iddia edən internet resurlarına daxil olarkən ehtiyatlı davranmağa, mənbələrin həqiqiliyi ilə bağlı diqqətli olmağa çağırırıq. 

Birləşmiş Millətlər Təşkilatından dəqiq və rəsmi məlumat əldə etmək üçün rəsmi vebsaytımıza daxil olun – https://azerbaijan.un.org.

Rəsmi internet səhifəmizdə Azərbaycandakı missiyamız, təşəbbüslərimiz və fəaliyyətlərimiz haqqında ən son və dəqiq məlumatlar təqdim olunur.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb

Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb Şirkətin insan…
►►►
Elm / Texnologiya

“Azercell CUP 2026” müsabiqəsinə start verilir

“Azercell CUP 2026” müsabiqəsinə start verilir İnformatika sahəsində istedadlı…
►►►
Elm / Texnologiya

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak…
►►►