Bakı Fond Birjasında “AzerGold” QSC-nin istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib.

29 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin (QSC) mütəşəkkil kapital bazarında yeni istiqrazlarının ticarətə buraxılması
münasibətilə Açılış Zəngi tədbiri keçirilmişdir.

Mərasimdə “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin üzvü – baş kommersiya
inzibatçısı Oqtay Qasımov, “AzerGold” QSC-nin maliyyə şöbəsinin müdiri Turan Hacıyev və
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Vladimir Paxomov iştirak ediblər.
Qeyd olunub ki, “AzerGold” QSC-nin AZ2003019877 İSİN-li istiqrazlarının nominal
dəyəri 100 ABŞ dolları, tədavül müddəti 3 il, ümumi məbləği 20,000,000 (iyirmi milyon) ABŞ
dolları olan istiqrazları illik 6% kupon dərəcəsi ilə emissiya edilməklə ölkəmizin qiymətli kağızlar
bazarının inkişafına, vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanı yaratmağa xidmət edir.
Bildirilib ki, “AzerGold” QSC tərəfindən istiqrazlar yeni mədən layihələrinin icrası ilə
bağlı alternativ maliyyə alətlərindən istifadə olunması məqsədilə ilk dəfə 2020-ci ildə Bakı Fond
Birjasında hərrac üsulu ilə kütləvi ticarətə buraxılıb. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin
anderrayter qismində çıxış etdiyi “AzerGold” istiqrazları 3 illik tədavül müddəti ərzində
investorlara 2,400,000 ABŞ dolları məbləğində faiz gəlirləri qazandırıb.

Əlavə edilib ki, yeni istiqrazların tədavülü də kapital bazarında maliyyə alətlərinin
şaxələndirilməsinə və investorlar üçün münbit sərmayə mühitinin formalaşdırılmasına mühüm
töhfələr verəcək.

Mərasimin sonunda emitent – “AzerGold” QSC, “Bakı Fond Birjası” QSC və “PAŞA
Kapital İnvestisiya Şirkəti” QSC-nin nümayəndələri tərəfindən istiqrazların ilkin bazarda ticarətə
buraxılışını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarət
platformasında ticarətinə başlanılıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Azərbaycan məhsullarının Avropanın....

Azərbaycan məhsullarının Avropanın satış şəbəkələrinə çıxarılması barədə…
►►►
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►