Bakı Fond Birjasında “AzerGold” QSC-nin istiqrazlarının yerləşdirilməsi yekunlaşmışdır.

29 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ümumi dəyəri 20,000,000 (iyirmi milyon) ABŞ dolları olan AZ2003019877 İSİN-li, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi uğurla başa çatmışdır.

Hərrac zamanı 65 investor tərəfindən qiymət intervalı 100.0000(6%) ABŞ dolları və 101.3741(5.5%) ABŞ dolları olan 68 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21,521,800 ABŞ dolları, yerləşdirilmiş həcmi isə 20,000,000 ABŞ dolları təşkil edib. İstiqrazların kəsmə qiyməti 100.0000(6%) ABŞ dolları, orta ölçülmüş qiyməti isə 100.0433(5.9841%) ABŞ dolları olaraq müəyyən edilib.      

Qeyd edək ki, “AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 6%, faiz ödəniş dövrü isə hər 90 gündən bir təşkil edir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların ödəmə tarixi 29.01.2027-ci ildir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo Bank-dan sərfəli fürsət: Qızıl təminatlı kreditlər aylıq cəmi 1%-dən!

Yelo Bank-dan sərfəli fürsət: Qızıl təminatlı kreditlər aylıq cəmi 1%-dən! Zinət…
►►►
İqtisadiyyat / Biznes

"Hər işdə birinci qadınlar"

“Hər işdə birinci qadınlar” Bayram alış-verişiniz qadın sahibkarların…
►►►
İqtisadiyyat / Biznes

“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!

“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı! Bir neçə…
►►►