Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

6 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101060025 ISIN-li, 90 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı 20 investor tərəfindən qiymət intervalı 92.3072 (8.3798%) manat və 93.8579 (6.58%) manat olan 36 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.2833 (7.2399%) manat, orta ölçülmüş qiyməti isə 93.4505 (7.0471%) manat olaraq müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 151,744,500 manat, yerləşdirilmiş həcmi isə
90,000,000 manat təşkil edilmişdir. İstiqrazların ödəmə tarixi 04.02.2025-ci ildir.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Türkmənistan və Özbəkistanla iqtisadi əməkdaşlıq müzakirə olunub

Türkmənistan və Özbəkistanla iqtisadi əməkdaşlıq müzakirə olunub Avqustun 5-də…
►►►
İqtisadiyyat / Biznes

Sənaye zonalarının qeyri-neft sənayesi....

Sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında xüsusi…
►►►
İqtisadiyyat / Biznes

Plastik kütlə və polietilen istehsalı artıb

Plastik kütlə və polietilen istehsalı artıb Bu ilin yanvar-iyun aylarında ölkədə 154,9…
►►►