Ötən il 123,1 milyon dollar dəyərində meşə fındığı ixrac edilib

2023-cü il ərzində ölkədən 123,1 milyon ABŞ dolları dəyərində 23,3 min tondan çox meşə fındığı ixrac edilib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin göstəriciləri ilə müqayisədə dəyər olaraq 11,3 faiz və ya 12,49 milyon dollar, həcm olaraq isə 7 faiz və ya 1,53 min ton çoxdur.

Qeyd edək ki, 2023-cü ildə fındığın ümumi ixracda xüsusi çəkisi 0,36 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,68 faizə bərabər olub.

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Xocalıda qadın fermerlərin bilik....

Xocalıda qadın fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Xankəndi şəhərində Aqrar Biznes Festivalı....

Xankəndi şəhərində Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Azərbaycan "Anuga 2025" sərgisində iştirak edir

Azərbaycan “Anuga 2025” sərgisində iştirak edir Azərbaycan məhsulları…
►►►