İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar

Bir çox vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu sahə üzrə 2023-cü ilin statistikasını təqdim edib.

2023-cü il ərzində bağlanan ipoteka müqavilələrinin sayı

Ötən il ərzində ölkəmizdə 81.762 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2022-ci il ilə müqayisədə 8.785 ədəd və ya 12% çoxdur.

Ən çox girov qoyulan daşınmaz əmlaklar

Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir. Belə ki, 2023-cü il ərzində 45.532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Bu dövrdə girov qoyulmuş ümumi 81.762 əmlakdan 16.750-si torpaq sahəsinin, 11.866-sı isə fərdi yaşayış evinin payına düşür.

Daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri

Əmlak növləriMüqavilə sayıÜmumi göstəricidə payı (faizlə)
Mənzil4553255.7%
Torpaq sahəsi1675020.5%
Fərdi yaşayış evləri1186614.5%
Qeyri-yaşayış sahələri28573.5%
Qeyri-yaşayış binaları23512.9%
Bağ evləri15311.9%
Digərlər8751.1%
Ümumi81762100.0%

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb

2023-cü il ərzində 42.484 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 52%-ni təşkil edir. Bakıdan sonra ipotekanın ən çox dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (10894 müqavilə), 2 saylı Sumqayıt (4613 müqavilə), 5 saylı Xaçmaz (3878 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (3871 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.

İpoteka müqavilələrinin sayına görə ərazi idarələri

Sıra №Ərazi idarələriİpoteka müqaviləsinin ümumi sayıÖlkə üzrə göstəricidə payı(faizlə)
1.1 saylı Bakı Ərazi İdarəsi4248452.0%
2.4 saylı Abşeron Ərazi İdarəsi1089413.3%
3.2 saylı Sumqayıt Ərazi İdarəsi46135.6%
4.5 saylı Xaçmaz Ərazi İdarəsi38784.7%
5.3 saylı Gəncə Ərazi İdarəsi38714.7%
6.9 saylı Qəbələ Ərazi İdarəsi18232.2%
7.17 saylı Yevlax Ərazi İdarəsi16922.1%
8.7 saylı Bərdə Ərazi İdarəsi16802.1%
9.13 saylı Şirvan Ərazi İdarəsi15061.8%
10.14 saylı Şamaxı Ərazi İdarəsi14931.8%
11.11 saylı Şəmkir Ərazi İdarəsi11921.5%
12.10 saylı Lənkəran Ərazi İdarəsi11911.5%
13.6 saylı Beyləqan Ərazi İdarəsi11621.4%
14.12 saylı Şəki Ərazi İdarəsi10821.3%
15.15 saylı Tovuz Ərazi İdarəsi10201.2%
16.8 saylı Cəlilabad Ərazi İdarəsi8451.0%
17.16 saylı Ucar Ərazi İdarəsi6780.8%
18.18 saylı Zaqatala Ərazi İdarəsi6580.8%
Ölkə üzrə81762100.0%

Mənzillərin ən çox girov qoyulduğu bölgələr

2023-cü il ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 92,9%-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (17 müqavilə), 14 saylı Şamaxı (23 müqavilə) və 11 saylı Şəmkir (26 müqavilə) ərazi idarələridir.

Mənzillərin ən çox girov qoyulduğu ərazi idarələri

Sıra №Ərazi idarələriİpoteka müqaviləsinin sayıÖlkə üzrə göstəricidə payı(faizlə)
1.1 saylı Bakı Ərazi İdarəsi3236371.1%
2.4 saylı Abşeron Ərazi İdarəsi687415.1%
3.2 saylı Sumqayıt Ərazi İdarəsi30786.8%
4.3 saylı Gəncə Ərazi İdarəsi14913.3%
5.17 saylı Yevlax Ərazi İdarəsi5591.2%
6.13 saylı Şirvan Ərazi İdarəsi3010.7%

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu regionlar

2023-cü il ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, bölgələrdə fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazi idarələri

Sıra №Ərazi İdarələriİpoteka müqaviləsinin sayıÖlkə üzrə göstəricidə payı(faizlə)
1.1 saylı Bakı Ərazi İdarəsi344729%
2.4 saylı Abşeron Ərazi İdarəsi191516.1%
3.3 saylı Gəncə Ərazi İdarəsi10318.7%
4.5 saylı Xaçmaz Ərazi İdarəsi6525.5%
5.7 saylı Bərdə Ərazi İdarəsi6205.2%
6.10 saylı Lənkəran Ərazi İdarəsi4633.9%

Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 16 saylı Ucar (215 müqavilə) və 8 saylı Cəlilabad (239 müqavilə) ərazi idarələrinin əhatə etdiyi rayonlardır.

Torpaq sahələrinin ən çox girov qoyulduğu ərazi idarələri

Sıra №Ərazi idarələriİpoteka müqaviləsinin sayıÖlkə üzrə göstəricidə payı(faizlə)
1.5 saylı Xaçmaz Ərazi İdarəsi294917.6%
2.1 saylı Bakı Ərazi İdarəsi210812.6%
3.4 saylı Abşeron Ərazi İdarəsi169510.1%
4.9 saylı Qəbələ Ərazi İdarəsi14668.8%
5.14 saylı Şamaxı Ərazi İdarəsi12187.3%
6.3 saylı Gəncə Ərazi İdarəsi9635.7%