Mumbayda Azərbaycanın turizm imkanları təbliğ olunur

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları fevralın 8-də işinə başlayan “OTM Mumbai 2024”də (“Outbound Travel Mart”) sərgilənir.

Hindistanın Mumbay şəhərində fevralın 10-dək davam edəcək sərgidə ziyarətçilərə Azərbaycanın tarixi və mədəni irsi, qastroturizm potensialı, qış turizmi və dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq, ekoturizm kimi turizm istiqamətləri və məhsulları barədə məlumat verilir.

Milli stenddə “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 15 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə  ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur.

Qeyd edək ki, 2023-cü il ərzində ölkəmizə gələn xarici ölkə vətəndaşları sırasında Hindistan olan ziyarətçilər 4-cü yerdə qərarlaşıblar. Ötən il ərzində Azərbaycana 117 302 nəfər Hindistan vətəndaşı gəlib ki, bu da 2022-ci il rəqəmləri ilə müqayisədə 93%, 2019-cu il rəqəmləri ilə müqayisədə isə 80% çoxdur. 2024-cü ilin yanvar ayında isə ölkəmizə gələn 10 135 nəfər Hindistan vətəndaşının sayında ötən ilin eyni dövrü ilə müqayisədə 147 faiz artım müşahidə olunub.

Asiya üzrə ən böyük turizm sərgisi hesab olunan 2023-cü ildə 35 mindən artıq ziyarətçi qəbul edən sərgiyə 60 ölkədən 1600-dən çox turizm şirkəti qatılıb.

Əlaqədar məqalələr
Made in Azerbaijan

Gəncədə Avropa Bilik Yarışı keçirilib

Gəncədə Avropa Bilik Yarışı keçirilib 5iyun Gəncə şəhərində Avropa Bilik Yarışı…
►►►
Made in Azerbaijan

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür 11 fevral 2015-ci il tarixində…
►►►
Made in Azerbaijan

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib Ölkəmizin milli…
►►►