“Təhlükəsiz internet” layihəsi Quba və Lənkəran məktəblərində

Azercell-in həyata keçirdiyi layihə bölgə əhalisini onlayn təhlükələr haqqında maarifləndirir.

Ölkənin lider mobil operatoruAzercell-in “Təhlükəsiz internet” layihəsi çərçivəsində regionlarda həm yeniyetmələr, həm də böyüklər üçün maarifləndirici dərslər keçirilir. Bu dəfə Quba və Lənkəran məktəbliləri və onların valideynləri onlayn təhdid və təhlükələr barədə, həmçinin onlarla mübarizə yolları haqqında məlumatlar əldə ediblər.

Sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçirilən dərslərdə iştirakçılar aşağıdakı mövzularla tanış olurlar: 

  • virtual tanışların yoxlanılması;
  • şəxsi məlumatların sosial şəbəkələrdə istifadəsi və qorunması;
  • şəxsi məlumatların daxil edilməsini tələb edən müsabiqələrdə iştirakdan imtina;
  • şəbəkədə fırıldaqçıları və cinayətkarlarının əsas hiylələri;
  • trollinq, kiberbullinq (onlayn qısnama) və ya qeyri-münasib onlayn davranış hallarında kimə və ya hara müraciət etmək

Dərslər “GID CSR Consulting” QHT-nin peşəkar təlimçiləri tərəfindən aparılır. “Təhlükəsiz internet” layihəsində 300-dən çox şagird və 100-dən çox valideynin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Azercell 2016-cı ildən mütəmadi olaraq internet təhlükəsizliyi haqqında  maarifləndirici layihələr həyata keçirir. Bu illər ərzində müxtəlif yaşda olan 1500-dən çox internet istifadəçisi bu layihələrdən yararlanıb. 

Əlaqədar məqalələr
Elm / Texnologiya

SpaceX, Tesla və xAI şirkətləri birləşə bilər

SpaceX, Tesla və xAI şirkətləri birləşə bilər Technote.az “TechCrunch” platformasına…
►►►
Elm / Texnologiya

"Ookla" Azərbaycanda qonaqpərvərlik sahəsində....

“Ookla” Azərbaycanda qonaqpərvərlik sahəsində bağlantının sürətləndirilməsi…
►►►
Elm / Texnologiya

Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb “Hökumət…
►►►