“Kredit Evi” ASC -nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə alınmışdır.

12 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə  “Kredit Evi” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilmişdir.

Bildirmək istərdik ki, “Kredit Evi” ASC Bakı Fond Birjasında “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması,  delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.5-ci bəndinin tələblərinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200.000 (iki yüz min) manata çatdırılmasını üzərinə götürür.

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İ.Ş” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNSəhmlərin növü və formasıSəhmlərin sayıNominal Dəyəri  Yerləşdirmə  forması  Anderrayter  
AZ1001021497Adi adlı  sənədsiz  səhm20,000 (ədəd)20 manat  Abunə yazılışı üsulu  “Assist Finance İ.Ş” ASC
Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir Bu gün Bakıda Azərbaycan…
►►►
İqtisadiyyat / Biznes

İqtisadiyyat nazirinin müavini Türkmənistan İnvestisiya Forumunda iştirak edib

İqtisadiyyat nazirinin müavini Türkmənistan İnvestisiya Forumunda iştirak edib 18-19…
►►►
İqtisadiyyat / Biznes

Şuşa şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

Şuşa şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçirilir Yarmarkada Şuşa…
►►►