“Sevgililər Günün”də Aslı Güngör Bakıda konsert proqramı ilə çıxış etdi

“Sevgililər Günü”ndə Aslı Güngör Bakıda konsert proqramı ilə çıxış etdi. Məşhur türkiyəli müğənni Aslı Güngör Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. O sevgililər gününə özəl Azərbaycana gəlib. Konsert “Anadolu Events”in təşkilatçılığı ilə baş tutub. Aslı Güngör konsertdən əvvəl jurnalistlərə açıqlama verib.

“Bakıya ilk gəlişimdir. Bakıya gəlmək çoxdankı arzum idi. Bakını çox bəyəndim, çox gözəl şəhərdir. Bu ölkənin insanları çox istiqanlı və gülərüzdür.” Tanınmış müğənni səhnə geyimindən və​ konsert proqramından da söz açdı: “Bu gecə inanıram ki, çox gözəl keçəcək. Ən sevilən mahnılarmı tamaşaçılarıma təqdim edəcəyəm. Azərbaycan mahnılarını çox sevirəm. Bir neçəsini konsertimdə ifa edəcəyəm. Səhnə geyimimə gəldikdə isə kliplərimdə məni daha tünd və qara rəngli geyimlərdə görürsünüz, bugün isə tam fərqli obrazda səhnəyə çıxacağam. Əslində mən daxilən rəngarəng xarakterli, əyləncəli biriyəm”. Aslı eşq barəsində də danışıb:
“Nə gözəl ki, ilk gəlişim sevgililər gününə təsadüf etdi. Hamıya sevmək və sevilmək arzulayıram. Mənə görə eşq hər şeyin özüdür. Hər şeyi qəlbimlə etməyə çalışıram. Qarşı tərəf layiqdirsə, mahnılarımdakı kimi “eşq hər şeyə dəyər”.
Aslı Güngör konsertdə sevənlərinə sevgi dolu anlar yaşadıb. Ulduz ifaçı “Aşk Her Şeye Değer”, “Kalp-Kalbe karşı”, “Son Öpücük”, “Söylenmemiş Sözler”​ kimi unudulmaz ifaları ilə yanaşı “Ayrılıq”, “Bu qala daşlı qala”, “Yandırdın qəlbimi” kimi Azərbaycan mahnılarını da səsləndirib.

“Anadolu Events”-in təşkilatçılığı baş tutan konsert böyük anşlaqla keçdi və hamının zövgünü oxşadı.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda ilk dəfə su üzərində unikal şou!

Bakıda ilk dəfə su üzərində unikal şou! Bakı ilk dəfə açıq havada su üzərində…
►►►
City Life

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu…
►►►
City Life

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib Elm və…
►►►