“Legion Financial” ASC -nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə alınmışdır

16 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə  “Legion Financial” ASC səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir. Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNSəhmlərin növü və formasıSəhmlərin sayıNominal Dəyəri  Yerləşdirmə  forması  Anderrayter  
AZ1001025464Adi adlı  sənədsiz  səhm950 (ədəd)100 manat  Abunə yazılışı üsulu “Assist Finance İnvestisiya Şirkəti” ASC
Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AccessBank QSC Oturacaqların təchizatı üzrə tender elan edir

AccessBank QSC Oturacaqların təchizatı üzrə tender elan edir AccessBank QSC maraqlanan…
►►►
İqtisadiyyat / Biznes

"GL" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

“GL” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir 1…
►►►
İqtisadiyyat / Biznes

Estoniya ilə ticarət dövriyyəsinin dinamikası müsbətdir

Estoniya ilə ticarət dövriyyəsinin dinamikası müsbətdir Bu ilin yanvar-oktyabr aylarında…
►►►