Bakı Fond Birjasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.
13 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ümumi dəyəri 50,000,000 (əlli milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

23 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin ümumi dəyəri 50,000,000 (əlli milyon) ABŞ dolları olan istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Nominal Dəyəri | İllik faiz dərəcəsi | Yerləşdirmə tarixi | Tədavül müddəti | Kupon faizlərinin ödəniş müddəti |
AZ2002019340 | Faizli, təmin edilməmiş, sənədsiz adlı | 50,000 (ədəd) | 1,000 ABŞ dolları | 6 % | 23.02.2024 | 5 il | İldə iki dəfə (6 aydan bir olmaqla) |