Simge Sağın Bakıda ilk solo konsertlə çıxış edib

Türkiyənin məşhur pop ulduzu Simge Sağın Bakıda ilk dəfə geniş konsert proqramı ilə çıxış edib. Konsert Bahar Sekizkök Deniz in rəhbəri olduğu “Venüs Production” nın təşkilatçılığı ilə 24 fevral Bakı Konqres Mərkəzində baş tutub.

Simge Sağın konservatoriya illərində məşhur adlara vokalist kimi daxil olaraq türk musiqi səhnəsində böyük təsir bağışlayıb.  2015-ci ildən indiyədək “Üzülmedin Mi?”, “Yankı”, “Ben Bazen” və “Öpücem”, “Aşkın Olayım”  kimi xit mahnıları ilə “ən çox ifa olunan sənətçi” olmağı bacarıb və çoxsaylı mükafatlar qazanıb.

Konsertdən öncə müğənni jurnalistlərə açıqlama verib: “Bakıda ilk solo  konsertimdi. Bugün çox həyəcanlıyam və çox xoşbəxtəm. Əminəm ki, çox gözəl bir konsert olacaq. Sevənlərimə də məni tək qoymadıqları üçün təşəkkür edirəm.” Həmçinin o, Qarabağ futbol klubunu qələbə qazandığı üçün təbrik edib: “Qarabağ klubun uğurlarına çox sevinirəm. Onlara daha böyük nailiyyətlər qazanmasını arzulayıram”.

Simgə gecədə ən xit mahnılarını pərəstişkarları üçün səsləndirib. Onların arasında: ” Miş miş”, “Üzülmedin Mi?”, “Ben Bazen”, “Aşkın Olayım”, “Öpücem” və s. Canlı ifaları və rəqsləri ilə izləyiciləri coşdurmağı bacaran müğənni Bakıya tezliklə yeni solo konsertlə qayıtmağını söz verib.

Sənətçi konsertdə izləyiciləri ilə səmimi ünsiyyətlə yadda qalıb. Səhnədə “Qalatasaray” azarkeşlərinin sevimli “himni”nə çevrilən mahnsını ifa edən müğənni “Qarabağ”ın tarix zəfərini də təbrik etməyi unutmayıb.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

"Varis" filminin təqdimatı keçirildi

“Varis” filminin təqdimatı keçirildi 5mart Park Cinemanın yeni Sevinc Mall…
►►►
City Life

Yusif Poladov Ekologiya və Təbii Sərvətlər....

Yusif Poladov Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya üzv…
►►►
City Life

Dünyaca məşhur AKCENT Bakıda!

Dünyaca məşhur AKCENT Bakıda! Pop və dance musiqisinin sevilən müğənnisi AKCENT Bakıda…
►►►