Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

28 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2221024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 96,880.4495 (6.90%) manat və 96,937.4237 (6.77%) olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36,300,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96,924.2698 (6.80%) manat və orta ölçülmüş qiyməti isə 96,928.7708 (6.79%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 14.08.2024-cü ildir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

ABB-dən Zəfər Günü ilə bağlı sosial kampaniya!

ABB-dən Zəfər Günü ilə bağlı sosial kampaniya! ABB 8 Noyabr Zəfər Gününə özəl…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank-dan qadın sahibkarlara dəstək: yeni mikro kredit məhsulu

Yelo Bank-dan qadın sahibkarlara dəstək: yeni mikro kredit məhsulu Yelo Bank qadın…
►►►
İqtisadiyyat / Biznes

Bankların cəmi aktivləri 56 milyard manatı ötüb

Bankların cəmi aktivləri 56 milyard manatı ötüb Bu ilin 30 sentyabr tarixinə ölkədə…
►►►