“Kredit Evi” ASC -nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.

12 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə  “Kredit Evi” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilmişdir.

Bildirmək istərdik ki, “Kredit Evi” ASC Bakı Fond Birjasında “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması,  delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.5-ci bəndinin tələblərinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200.000 (iki yüz min) manata çatdırılmasını üzərinə götürür.

5 mart 2024-cü il tarixində “Kredit Evi” ASC-nin ümumi dəyəri 200 000 (iki yüz min) manat olan səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İ.Ş” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNSəhmlərin növü və formasıSəhmlərin sayıNominal Dəyəri  Yerləşdirmə  forması  Anderrayter  
AZ1001021497Adi adlı  sənədsiz  səhm20,000 (ədəd)20 manat  Abunə yazılışı üsulu  “Assist Finance İ.Ş” ASC
Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AZPROMO Qazaxıstanda görüşlər keçirib

AZPROMO Qazaxıstanda görüşlər keçirib Görüşlərdə əməkdaşlıq imkanları…
►►►
İqtisadiyyat / Biznes

Müştərilərimizin təhlükəsizliyi əsas prioritetimizdir

Unibank: müştərilərimizin təhlükəsizliyi əsas prioritetimizdir Unibank KB…
►►►
İqtisadiyyat / Biznes

Sahibkarlar Daşkənddə keçiriləcək nəqliyyat forumuna dəvət olunurlar

Sahibkarlar Daşkənddə keçiriləcək nəqliyyat forumuna dəvət olunurlar Noyabrın 12-də…
►►►