“Bakı Fond Birjası”nın nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə səfər edib

4-8 mart 2024-cü il tarixlərində “Bakı Fond Birjası”nın Müşahidə Şurasının sədri, İdarə Heyətinin sədri və nümayəndə heyəti İstanbul şəhərinə işgüzar səfər ediblər.

7 mart 2024-cü il tarixində “Bakı Fond Birjası”nın nümayəndə heyəti Türkiyənin fond birjası olan “Borsa İstanbul”-un nümayəndələri ilə görüş keçirib. Görüş zamanı Azərbaycanın kapital bazarının inkişafı istiqamətində təcrübələrin öyrənilməsi və tətbiqi müzakirə olunub, “Borsa İstanbul”-un beynəlxalq əlaqələr, strateji planlaşdırma, insan resurslarının idarə edilməsi, biznesin inkişafı, listinq, informasiya texnologiyaları, üzvlük münasibətləri, audit və nəzarət kimi müxtəlif işçi qrupları ilə təcrübə mübadiləsi aparılıb. Səfər çərçivəsində “Bakı Fond Birjası”nın nümayəndə heyəti Türkiyənin kapital bazarının digər aparıcı şirkət və qurumları ilə də görüşərək əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı 

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı Unibank KB 2026-cı ilin birinci…
►►►
İqtisadiyyat / Biznes

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır Mikro, kiçik və…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol Birbank Invest istifadəçilərinə yeni investisiya…
►►►