Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

13 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2229024701 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 96757.9632 (7.18%) manat və 96924.2698 (6.8%) olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54,200,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96884.8298 (6.89%) manat və orta ölçülmüş qiyməti isə 96901.7013 (6.85%) manat olaraq müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. Notların ödəmə tarixi 28.08.2024-cü ildir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir

Unibank bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir Bu gün Unibank bütün peşə…
►►►
İqtisadiyyat / Biznes

Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı

Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı Unibank biznes…
►►►
İqtisadiyyat / Biznes

“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib

“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib “Gəncə KOB evi”ndə…
►►►