“AIM Congress” çərçivəsində baş tutan milli tura qeydiyyat başladı

Milli turun qalibi olacaq startap Əbu-Dabidə layihəsini xarici investorlara təqdim etmək, təcrübə mübadiləsi və əlaqələrini genişləndirmək imkanı qazanacaq.

7-9 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək ənənəvi İllik İnvestisiya Toplantısı (AIM Congress) startaplar üçün bir sıra imkanlar yaradacaq. Tədbir çərçivəsində startaplar üçün xüsusi proqram (AIM Startup) nəzərdə tutulur. “AIM Startup” tədbiri startaplara layihəsini xarici investorlara təqdim etmək, təcrübə mübadiləsi, əlaqələrini genişləndirmək imkanı yaradacaq.

“AIM Congress”ə qatılmaq üçün dünyanın 100-dən çox ölkəsində baş tutacaq milli turda (The National Pitch Competition) hər ölkədən bir startap seçiləcək. Əbu-Dabidə ölkəmizi təmsil edəcək startap Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABB İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə peşəkar münsiflər heyəti tərəfindən seçiləcək.

Milli tura “Pre-seed” və ya “Seed” mərhələsində olan startaplar müraciət edə bilər. Tədbir zamanı startaplar beynəlxalq investorlardan 60 min dollara qədər investisiya qazanmaq şansı əldə edəcəklər. Həmçinin ölkə üzrə milli turun qalibinin “AIM Congress”də iştirak üçün aviabilet (gediş-dönüş), qonaqlama xərcləri qarşılanacaq və startapını təqdim etmək üçün tədbir müddətində stend ayrılacaqdır.

Son müraciət tarixi 30 mart 2024-cü il, saat 23:59-dur.
Müraciət üçün link: https://bit.ly/startupcompetition_aimcongress
Əlavə məlumat üçün: (+994 51) 206 52 65
info@abbinnovation.az
www.startup.aimcongress.com