“CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.

18 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə  “CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 19 mart 2024-cü il tarixində “CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır. Səhmlər üzrə yerləşdirmə 27 mart – 1 aprel tarixləri aralığında keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “CPM-İnvest İnvestisiya Şirkəti” ASC-dir

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNSəhmlərin növü və formasıSəhmlərin SayıNominal Dəyəri  Yerləşdirmə  Forması  Yerləşdirmə Tarixi    Anderrayter  
AZ1001023204Adi adlı  sənədsiz  səhm400 (ədəd)1000 manat  Abunə yazılışı üsulu27.03.2024-28.03.2024 (üstünlük hüququ) 29.03.2024-01.04.2024  (kütləvi)  “CPM-İnvest İnvestisiya Şirkəti” ASC
Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►