Ağdamda izolyasiya materialları istehsal ediləcək

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Thermo Natural Azerbaijan” MMC bu ilin iyul-avqust aylarında istehsal müəssisəsinin yaradılması üçün tikinti işlərinə başlayacaq.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin direktoru Elman Abbasov deyib. Onun sözlərinə görə, bu ilin oktyabr-noyabr aylarında zavodda istehsala başlamaq nəzərdə tutulur. Müəssisədə alçı, eksteryer suvaq, dolğu və izolyasiya materialları istehsal ediləcək.

Layihənin investisiya dəyəri 3,8 milyon manatdır. Zavodun illik istehsal gücü 10 min ton olacaq.

E.Abbasov əlavə edib ki, məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, xaricə də ixrac ediləcək. İxracın Gürcüstan, Özbəkistan, Qazaxıstan və Yaxın Şərq ölkələrinə həyata keçirilməsi planlaşdırılır.

Əlaqədar məqalələr
Made in Azerbaijan

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür 11 fevral 2015-ci il tarixində…
►►►
Made in Azerbaijan

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib Ölkəmizin milli…
►►►
Made in Azerbaijan

“AzerGold” QSC cari ildə ilk ixrac əməliyyatını həyata keçirib

“AzerGold” QSC cari ildə ilk ixrac əməliyyatını həyata keçirib Azərbaycanın…
►►►