“SİMA İmza” mobil tətbiqinin istifadəçi sayı 1 milyonu ötüb

Rockvell.com xəbər verir ki, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu barədə öz “Facebook” hesabında paylaşım edib.

Ölkəmizin rəqəmsal transformasiyasını sürətləndirən mühüm layihələrdən olan “SİMA İmza” mobil tətbiqinin istifadəçi sayı 1 milyonu ötüb.

İki ildir ki, istifadəyə verilmiş yeni nəsil rəqəmsal imza artıq E-gov, ƏMAS, Elektron Məhkəmə, İnternet Vergi İdarəsi portalı, “Smart Customs”, “Güzəştli mənzil”, Elm və Təhsil Nazirliyinin “Ali və orta İxtisas Təhsli Alt Sistemi” portalı kimi bir çox dövlət xidmətlərinin, bankların sistemlərinə inteqrasiya edilib.

Biometrik həllərə və süni intellektə əsaslanan, əl imzası ilə eyni hüquqi qüvvəyə malik və vətəndaşlar üçün pulsuz olan “SİMA İmza”nın əlçatanlığı əhalinin elektron imzaya olan marağını artırmaqda, ekosistemə müsbət təsirini göstərməkdədir. Hazırda milli brendimizin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır.

“SİMA İmza”nın arxasında duran komandanı təbrik edir, yeni nailiyyətlər arzulayıram.

Əlaqədar məqalələr
Elm / Texnologiya

“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu

“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu AZCON Holding şirkətlərindən olan…
►►►
Elm / Texnologiya

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi Sərfəli mobil operator…
►►►
Elm / Texnologiya

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu AZCON Holding…
►►►