Мert Demir Bakıda ilk defe konsert proqramı ilə çıxış etdi

Мert Demir Bakıda ilk defe konsert proqramı ilə çıxış etdi. Konsert 29 mart Heydər Əliyev Sarayinda baş tutdu.

“Ateşe düştüm” mahnısı ilə gündəmi zəbt edən Mert Demir, uşaqlıqdan musiqi ilə məşğul olub. Beyoğlu İstanbulda doğulub böyüyən sənətçi, orta məktəbi bitirdikdən sonra xaricə köçür. Daha sonra, 2014 cü ildə məşhur musiqi yarışması olan  O Ses Türkiye-yə qatılır və finala qədər yüksəlir. Yarışmadan sonra müxtəlif yerlərdə səhnə alır. Nəhayət, 2017 ci ildə FadeOut music ilə razılaşaraq, profesional səhnə almağa başlayır. Həmin il o,  söz və musiqisi özünə aid olan “Uyan” adlı ilk sinqılını yayınlayır və böyük populyarlıq qazanır. Noyabr 2022 tarixində Mabel Matiz ilə birlikdə yayınladığı “Antidepresan” adlı mahnı dönəmin ən çox dinlənən parçalarından olur.

Mert Demir eyni zamanda söz yazarı, prodüser və rejissordur. Gənc müğənni  gitara, elektron gitara, pianino kimi musiqi alətlərində ifa etməyi bacarır. Müğənni, səhnə performansı, pop, bedroom pop, R&B və arabesk kimi müxtəlif tərz musiqi seçimləri ilə zamanın nəbzini tuta bilir.
Heydər Əliyev sarayında konsert verməyə hazırlaşan ifaçını Bakıda hava limanında jurnalistlər qarşılayıb. O, Azərbaycana ilk dəfə gəldiyini və həyəcanlı olduğunu dilə gətirib.

Media nümayəndələrinin stil dəyişikliyi ilə bağlı sualını cavablandıran ifaçı “Mən tez-tez bunu edirəm. İmicimi dəyişməyi çox sevirəm”, – deyə, bildirib. Mert Demirin Bakı konserti böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb. Konsertdə “Uyan”, “Ateşe düştüm”, “Pusulam Rüzgar”,  “Antidepresan” və s. hitləri səslənib.

Əlaqədar məqalələr
City Life

Kapellhaus-da şam işığında Vivaldi gecəsi

Kapellhaus-da şam işığında Vivaldi gecəsi 25 mart tarixində Bakının tarixi…
►►►
City Life

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu 20 mart…
►►►
City Life

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib Unibank KB…
►►►