Məktəblilər mobil operatorun təqdimatında həm yeni nəsil rəqəmsal texnologiyalar, həm də müştəriyə xidmət mədəniyyəti ilə tanış olduADA Universitetinin ölkənin müxtəlif orta məktəblərinin şagirdləri üçün təşkil etdiyi “Yay düşərgəsi” proqramı “İnformasiya Texnologiyaları həftəsi” çərçivəsində “Azercell Telekom” MMC-yə növbəti səfərini gerçəkləşdirdi. Universitetin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının təşkil etdiyi yay məktəbinin iştirakçıları Azercell-in Data Mərkəzini ziyarət edərək şəbəkə texnologiyalarının əsasları, mobil şəbəkənin qurulması, istismarı və nəzarəti barədə məlumatlarla tanış olub, eləcə də, LTE şəbəkəsinin göstəricilərinin ölkə xəritəsi boyu əhatəsini canlı olaraq seyr ediblər. Daha sonra Big Data və Təhlillər departamentinin təqdimatında İKT sahəsində verilənlərin toplanması, saxlanması və emalı, Big Data üzrə qlobal trendlər və Azercell-in bazarda yaxın zamanda təqdim edəcəyi yeni rəqəmsal məhsullar haqqında ətraflı məlumat alaraq şirkət ekspertlərinə öz suallarını ünvanlayıblar. Ölkədə müştəri xidmətləri sahəsində ən nümunəvi sayıla biləcək bir şirkətlə tanışlığın davamı olaraq məktəblilər Fəvvarələr Meydanında yerləşən Bakıda ilk Azercell Xidmət və Satış Mərkəzinə yollanıblar. Yay düşərgəsi iştirakçıları ön masa arxasında Azercell əməkdaşlarının abunəçilərlə ünsiyyətini canlı olaraq izləyib, şirkətin satış və xidmət ekspertləri tərəfindən Azercell-də müştəriyə xidmət mədəniyyəti, müştəri məmnuniyyətinin əsasları, eləcə də, əməkdaşların abunəçilərin suallarını cavablandırması prosesi ilə bilavasitə tanış olublar.Qeyd edək ki, Azercell şirkəti uzun illərdir ADA Universiteti ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Şirkət ADA-nın təşkil etdiyi startap yarışmalarının tərəfdaşı qismində çıxış edərək karyera sərgilərində iştirak edib, universitetdə təhsil alan bir qrup xüsusi istedadlı tələbələrə təqaüd ayırmaqla onların fərdi və peşəkar inkişafına dəstək olub.

Əlaqədar məqalələr
City Life

Qazaxıstanın ilk müstəqil orkestri olan NE PROSTO ORCHESTRA

Qazaxıstanın ilk müstəqil orkestri olan NE PROSTO ORCHESTRA Azərbaycanda ilk dəfə!
►►►
City Life

“Sağlam Torpaq – Sağlam Həyat”

Azərbaycanda Dünya Torpaq Günü münasibətilə “Sağlam Torpaq – Sağlam Həyat” adlı…
►►►
City Life

Daşkəsən rayonunda növbəti ekoloji aksiya təşkil edilib

Daşkəsən rayonunda növbəti ekoloji aksiya təşkil edilib “AzerGold” QSC-nin…
►►►