Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının  yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

17 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Qiymətli kağızın ISIN koduAZ2085008681
Emissiya həcmi30,000,000 manat
Nominal qiyməti1000 manat
Hərrac qiyməti1002,8333 manat
İstiqrazların tədavül müddəti8640 gün
Faiz dərəcəsi3 %
Faiz gəlirinin ödəniş müddəti180 gündən bir (6 aydan bir)
Anderrayter“Unicapital İ.Ş” ASC

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

ARİKZF-in istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

ABB binasında Libraff!

ABB binasında Libraff! ABB-nin törəmə şirkəti olan “ABB İnvest” investisiya…
►►►
İqtisadiyyat / Biznes

Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı

Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı “Unibank”ın…
►►►
İqtisadiyyat / Biznes

Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir

Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir Unibank neft…
►►►