Polşanın əczaçılıq şirkətləri ilə görüş keçirilib

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim edilib, əczaçılıq sahəsində mümkün tərəfdaşlıq perspektivləri müzakirə olunub.

Polşanın paytaxtı Varşava şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə Azərbaycanın Polşa Respublikasında fəaliyyət göstərən Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi və onun aparatı və Polşa İşəgötürənlər Assosiasiyasının rəhbərlik etdiyi 5 əczaçılıq şirkəti ilə təmsil olunan nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə tərəflər Polşanın strateji sahəsi olan səhiyyə sektorunda tətbiq olunan təcrübələrin ölkəmizdə inkişaf etdirilməsi imkanlarını müzakirə edib, iştirakçılar arasında bu sahədə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbir zamanı Azərbaycandakı sənaye zonaları və məhəllələr, Ələt Azad İqtisadi Zonası, xarici investorlar üçün yaradılmış imkanlar, tətbiq edilən güzəştlər, ölkəmizin tranzit və logistika üstünlükləri, “invest.gov.az” veb-səhifəsi haqqında təqdimatlar nümayiş olunub.

Bununla yanaşı, Azərbaycanda səhiyyə sahəsində mövcud qanunvericilik və aparılan islahatlar, tibb sahəsində idxaldan asılılığın azaldılması istiqamətində görülən işlər barədə ətraflı məlumat görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Azərbaycanda xarici investorlar üçün yaradılmış geniş imkanlar, o cümlədən əczaçılıq sənayesinin inkişafı polşalı nümayəndə həyəti tərəfindən maraqla qarşılanıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

İnvestisiya dünyasına Birbank Invest-lə addım atın, daha çox qazanın

İnvestisiya dünyasına Birbank Invest-lə addım atın, daha çox qazanın Rəqəmsal…
►►►
İqtisadiyyat / Biznes

UForex müştəriləri qazanmağa davam edir

Müsbət tendensiya: UForex müştəriləri qazanmağa davam edir Azərbaycanın qabaqcıl foreks…
►►►
İqtisadiyyat / Biznes

Azad olunmuş ərazilərin bərpası üçün 21,6 milyard manat vəsait ayrılıb

Azad olunmuş ərazilərin bərpası üçün 21,6 milyard manat vəsait ayrılıb İyunun 23-də…
►►►