Bakıda Türkiyənin məşhur müğənnisi Koray Avcının konserti baş tutub

Mahnıları, səsi və performansı ilə hərkəsin sevimlisi Koray Avcı yenidən Bakıda konsert proqramı ilə çıxış edib. Heydər Əliyev Sarayında  keçirilən konsertdə sənətçi sevilən mahnılarını səsləndirib. Onların arasında: Aşk sana benzer, Hoş geldin, Unutamam seni, Adaletin bumu dünya, Ne Faydası Var, Yan ve s.

Konsertdə ifaçı paytaxtımız haqqında təəssüratlarını da bölüşüb: “Bakıya konsertlə ikinci  dəfədir gəlirəm. Bakı mənə çox doğmadır, özümü evimdəki kimi hiss edirəm. İnsanları çox səmimi və mehribandı”. Pərəstişkarları ilə maraqlı söhbətlər edən müğənni musiqi karyerasındanda söz açıb.

Ankarada doğulub böyüyən Koray Avcı  uşaqlıqdan rəssamlığa və musiqiyə maraq göstərir. O, musiqi karyerasına gənc yaşlarından  Ankaranın bəzi səhnələrində ara-sıra mahnı oxumaqla başlayır. Ailəsi övladının “elmi” bir insan olmasını həmişə istəyir, və o, onların sözünü yere salmayaraq təhsil almaq ücün Ankaradan gedir. Amma universiteti bitirdikdən sonra,  Ankaraya qayıdan Koray Avcı peşəsinin arxasınca getmir. O, başqa bir gitaraçı dostu ilə küçələrdə və ictimai nəqliyyatda mahnı oxumaqa başlayır. 2012-ci ildə metroda oxuduğu mahnı bir gənc tərəfindən lentə alınıb paylaşıldıqdan və bu video böyük marağa səbəb olduqdan sonra Koray öz videolarını çəkərək “YouTube”da yayımlamağa başlayır. Koray Avcının  paylaşdığı videolar böyük izlənmə sayına çatır, o, həm ölkə daxilində, həm də xaricdə konsert vermək başlayır.  İldə təxminən 180 konsert verən Avcı “Aşk ilə” birinci  albomunu çıxardır. “İlk böyük solo konsertimdə, atam mənə ” Səninlə fəxr edirem” söyədi. Bu mənim üçün ən böyük mükafat oldu. İnanıram ki,  o indidə məni göylərdən izləyir və oğluyla fəxr edir”. Koray Avcının Bakı konserti böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.

Qeyd edək ki, konsertin təşkilatçılığı “Event Office” tərəfindən həyata keçirilib.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Azercell və Azərbaycan Cüdo Federasiyasının “Doğru yol budur”....

Azercell və Azərbaycan Cüdo Federasiyasının “Doğru yol budur” sosial layihəsi beynəlxalq…
►►►
City Life

1 dəqiqəlik film çək, yeni smartfon əldə et!

1 dəqiqəlik film çək, yeni smartfon əldə et! Park Cinema Hollivudun tamamilə smartfona…
►►►
City Life

KOB subyektlərinə “Startap” şəhadətnaməsi verilib

KOB subyektlərinə “Startap” şəhadətnaməsi verilib “Startap” şəhadətnaməsi KOB…
►►►