“Bakı Fond Birjası”nın nümayəndə heyəti Özbəkistanın Daşkənd şəhərinə səfər edib

16-19 aprel 2024-cü il tarixlərində “Bakı Fond Birjası”nın Müşahidə Şurasının sədri, İdarə Heyətinin sədri və nümayəndə heyəti Daşkənd şəhərinə işgüzar səfər ediblər.

Səfər zamanı “Bakı Fond Birjası”nın nümayəndə heyəti  “Toshkent” Respublika Fond Birjasının nümayəndələri ilə görüşüb. Görüş zamanı regional birjalar tərəfindən istifadə edilən müxtəlif ticarət sistemlərinin icmalı, Bakı Fond Birjasının yeni ticarət platformasına keçid təcrübəsi və hər iki birjalar arasında daha sıx əməkdaşlıq imkanları  müzakirə olunub.

Səfər çərçivəsində 18 aprel tarixində “Bakı Fond Birjası”nın nümayəndə heyəti MDB-nin üzvü olan ölkələrin Beynəlxalq Birjalar Assosiasiyasının yığıncağında iştirak edib. Görüş zamanı assosiasiyaya üzv olan birjaların hesabatlılıqları və təşkilatı məsələləri müzakirə edilib, Audit Komitəsinin strukturuna dəyişikliklər edilib. Nəticə etibarilə, üzv olan birjalar yeni strateji planları qəbul edibllər.

Səfərin son günü “Bakı Fond Birjası”nın nümayəndə heyəti “Əbədi Şəhər Kompleksi” və Səmərqənd şəhərinin tarixi görməli yerlərini ziyarət ediblər.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►