Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib

Bu ilin mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 78 min ədəd artaraq 17 milyon 421 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22,3 faiz artıb.

Mərkəzi Bankın hesabatına əsasən, ödəniş kartlarında artım debet kartları üzrə 22,8 faiz, kredit kartları üzrə isə 18,9 faiz təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıb.

2024-cü ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5697 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 4737 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 952 mln. manatı POS-terminallar, 8 mln. manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 61,7 faizini təşkil edib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►