10-17 iyul 2022-ci il tarixlərində, “Cənubi Qafqazda Peşə təhsilinə dəstək” layihəsi çərçivəsində şagird firmalarının yaradılması üzrə layihə tədbirlərində iştirak etmiş peşə təhsili mərkəzlərinin müəllimləri və layihə ekspertləri üçün Almaniyaya təcrübə səfəri təşkil edilmişdir. Səfərin məqsədi – iştirakçıları peşə yönümü, o cümlədən “şagird firmaları” sahəsində Almaniya təcrübəsi ilə tanış etmək idi.

İştirakçılar Leypsiq inzibati ərazi dairəsinin Sənətkarlar Palatası, Sənaye və Ticarət Palatası, “Backhaus Hennig” un məmulatları şirkəti və “INSPIRATA” Riyaziyyat və Dəqiq Elmlər Mərkəzində bir sıra görüşlər keçirmişlər. Görüşlər zamanı iştirakçılara Almaniyada dual peşə təhsili sistemi,  peşə yönümü, o cümlədən şagird firmaları barəsində ətraflı məlumat verilmişdir.

Bundan başqa iştirakçılar bir sıra şagird firmalarını ziyarət etmiş və şagirdlərin istehsal etdiyi məhsulların nümayiş olunduğu sərgidə iştirak etmiş, şagird firmalarının yaradılması prinsipləri və fəaliyyət xüsusiyyətləri, onların əldə etdiyi nailiyyətlərlə tanış olmuşlar.

Əlaqədar məqalələr
City Life

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu 20 mart…
►►►
City Life

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib Unibank KB…
►►►
City Life

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci Bu il Novruzun gəlişi və müqəddəs…
►►►