Yelo Bank mötəbər tədbirlərə ev sahibliyi etməyə davam edir. Bu dəfə Bankın dəstəyi ilə “İşgüzar 5 çay” adlı forum keçirilib. “Lider, yoxsa rəhbər?” mövzusunu əhatə edən forumda 20 sahibkar qadın, AQSİA (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası) İdarə Heyətinin sədri Səkinə Babayeva, Yelo Bank-ın İnsan Kapitalının İdarəedilməsi departamentinin direktoru Məhbubə Ziyatlı və bankın digər əməkdaşları iştirak ediblər.

Forumun keçirilməsində əsas məqsəd “Lider və rəhbər necə olmalıdır?”, “Hər rəhbər Lider ola bilərmi?”, “Ən vacib liderlik xüsusiyyətləri hansılardır?” kimi suallara sahibkar xanımlarla birlikdə müzakirə şəklində cavab tapmaq və onları gələcək karyeralarında rəhbər, yaxud lider olmağın çətinlikləri və üstünlükləri haqqında məlumatdırmaqdır.

Forumda biznes təlimi üzrə psixoloq Aidə Qasımova və şüuraltı terapiya üzrə mütəxəssis Aytən Hüseynzadə liderlik və rəhbərlik haqqında iştirakçıları məlumatlandıraraq onların oxşar və fərqli xüsusiyyətlərini vurğuladılar. Həmçinin sahibkar xanımlarla birlikdə müzakirələr əsasında lider və rəhbərin xarekterik xüsusiyyətlərini də aydınlaşdırmağa çalışdılar.

Qeyd edək ki, Yelo Bank üçün real sektorun, xüsusilə kiçik və mikro sahibkarlıqla məşğul olan xanımları dəstəkləmək prioritetdir. Bu mövzuda Bank bundan sonra da təşəbbüskar layihələrinə davam edəcək.

Mikro biznes krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Əlaqədar məqalələr
City Life

Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən "Kitab dayanacağı" istifadəyə verildi

Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən “Kitab dayanacağı&#8221…
►►►
City Life

“CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir

“CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir Hər il…
►►►
City Life

Festivalları fəth edən film indi yalnız park cınemada!

Festivalları fəth edən film indi yalnız park cınemada! Ötən gün Park Cinema Flame Towers…
►►►