Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən “Seoul International Travel Fair (SITF) – The Korea World Travel Fair (KOTFA)” beynəlxalq sərgisində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə ölkəmizin turizm imkanları tanıdılır.

Mayın 12-dək davam edəcək sərgidə müxtəlif turizm məhsulları, o cümlədən ölkəmizin təbiət turizmi potensialı və mədəni irs nümunələri haqqında xarici turizm şirkətləri və sərgi ziyarətçilərinə məlumat verilir, milli şirniyyatların dequstasiyası keçirilir.

Azərbaycan Respublikasının Koreya Respublikasındakı  fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov da milli stendimizi  ziyarət edərək sərginin işi ilə tanış olub.

Həmçinin sərgi çərçivəsində yerli turizm şirkətləri ilə Koreya turizm şirkətləri arasında B2B görüşlər keçirilir, mümkün əməkdaşlıq imkanları müzakirə olunur.

Əlaqədar məqalələr
Turizm

Azərbaycanın turizm imkanları Rusiyada silsilə tədbirlərlə təqdim olunub

Azərbaycanın turizm imkanları Rusiyada silsilə tədbirlərlə təqdim olunub Azərbaycan…
►►►
Turizm

Azərbaycan biznes turizmi potensialını ilk dəfə Honq Konqda təqdim edir

Azərbaycan biznes turizmi potensialını ilk dəfə Honq Konqda təqdim edir Azərbaycan Turizm…
►►►
Turizm

Azərbaycanın turizm potensialı Almaniyada nümayiş olunur

Azərbaycanın turizm potensialı Almaniyada nümayiş olunur Azərbaycanın turizm potensialı…
►►►