“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

10 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin istiqrazları standart bazar seqmentində birqiymətli hərrac üsulu ilə listinqə daxil edilmişdir.

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəriİllik faiz dərəcəsiÖdəmə periodu    Hərrac tarixiTədavül müddəti
AZ2019020281Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar250 (ədəd)  1,000 manat      12%Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) günü olduğunu qəbul etmək şərti ilə)13.05.2024    5 il  
AZ2020020288Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar250 (ədəd)  1,000 manat      12%Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) günü olduğunu qəbul etmək şərti ilə)13.05.2024    5 il  
AZ2021020287Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar250 (ədəd)  1,000 manat      12%Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) günü olduğunu qəbul etmək şərti ilə)Emitent tərəfindən bildiriləcəkdir    5 il  
AZ2022020286Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar150 (ədəd)  1,000 manat      12%Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) günü olduğunu qəbul etmək şərti ilə)Emitent tərəfindən bildiriləcəkdir    5 il  
AZ2023020285Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar100 (ədəd)  1,000 manat      12%Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) günü olduğunu qəbul etmək şərti ilə)Emitent tərəfindən bildiriləcəkdir    5 il  

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” ( https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.