Sahibkarlar “INNOPROM” sərgisinə dəvət olunur

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Yekaterinburq şəhərində 2024-cü ilin 8-11 iyul tarixlərində keçiriləcək “INNOPROM” beynəlxalq sənaye sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 7 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): yod, metallar və onlardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri, elektrik cihazları, IT və anbar saxlanc xidmətləri

XİFMN üzrə məhsulun koduMəhsulun adı
2801flüor, xlor, brom, yod
69keramika məmulatları
85elektrik maşınları və avadanlıqları, onların hissələri; səsyazma və səsləndirmə aparaturası, televiziya təsvirlərinin və səslərinin yazılması və canlandırılması üçün aparatura, onların hissələri və ləvazimatları
8701traktorlar (8709 mal mövqeyindəki traktorlardan başqa)
8702sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri
8703əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri (8702 mal mövqeyində təsnif edilən motorlu nəqliyyat vasitələrindən başqa), sərnişin-yük avtomobil-furqonları və yarış avtomobilləri daxil olmaqla
8704yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri
8705xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri, sərnişin və ya yükdaşınması üçün istifadə olunanlardan başqa (məsələn, qəza-yük avtomobilləri, avtokranlar, yanğınsöndürən nəqliyyat vasitələri, avtobetonqarışdırıcılar, yolların təmizlənməsi üçün avtomobillər, çiləyici-yuyucu maşınlar, avtoemalatxanalar, rentgen qurğuları ilə olan avtomobillər)
8706008701-8705 mal mövqelərində təsnif edilən motor nəqliyyat vasitələri üçün mühərrikli şassilər
87078701-8705 mal mövqelərindəki motorlu nəqliyyat vasitələri üçün kuzovlar (kabinə daxil edilməklə)
87088701-8705 mal mövqelərindəki motorlu nəqliyyat vasitələri üçün hissələr və ləvazimatlar
8709özüyeriyən, qaldırıcı və ya yükləmə qurğuları ilə təchiz olunmamış, zavodlarda, anbarlarda, limanlarda və ya təyyarə limanlarında yükləri qısa məsafələrə daşımaq üçün sənaye təyinatlı nəqliyyat vasitələri; dəmiryol platformalarında istifadə olunan traktorlar; yuxarıda göstərilmiş nəqliyyat vasitələrinin hissələri
8716yedəklər və yarımyedəklər; digər özüyeriməyən nəqliyyat vasitələri; onların hissələri
9401690000taxta karkaslı digər oturacaq mebel

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi –  Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 3 iyun 2024-cü il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 24 may 2024-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Sərgi ilə bağlı ümumi məlumat üçün:
Rüstəm Oruclu
AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin aparıcı mütəxəssisi
Tel: (+994 12) 598 01 47/48 (daxili 36 42)
E-poçt: rustam.orujlu@azpromo.gov.az

Tələb olunan sənədlərlə bağlı məlumat üçün:
Orxan Mustafayev
AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin aparıcı mütəxəssisi
Tel: (+994 12) 598 01 47/48 (daxili 36 65)
E-poçt: orkhan.mustafayev@azpromo.gov.az

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Birbank-la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”

Birbank-la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə” Hər zaman…
►►►
İqtisadiyyat / Biznes

KOBİA Qusarda sahibkarlarla görüşüb

KOBİA Qusarda sahibkarlarla görüşüb Sahibkarlarla görüşdə kənd təsərrüfatı…
►►►
İqtisadiyyat / Biznes

ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi

ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi ABB-nin filial…
►►►