“Rabitəbank” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Rabitəbank” ASC-nin ümumi dəyəri 10,000,000 (on milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

15 may 2024-cü il tarixində Bakı Fond Birjasında “Rabitəbank” ASC-nin istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəriİllik faiz dərəcəsiÖdəmə periodu    Hərrac tarixiTədavül müddəti
AZ2005003556Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar100 000 (ədəd)100 manat9.5%Hər 3 (təqvim) aydan bir. (İl 360 gün, ay 30 gün)  15.05.20242 il

            Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.