“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

14 may 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin AZ2019020281, AZ2020020288 dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 500,000 (beş yüz min) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının hər birinin tədavül müddəti 5 il , nominal dəyəri 1,000 manat olan, yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazların hər birinin illik faiz dərəcəsi 12%, faiz ödəniş dövrü isə hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) təşkil edir.

Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 500,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 14 may 2029-cu ildir.

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►