“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

10 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 250,000 (iki yüz əlli min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

20 may 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəriİllik faiz dərəcəsiÖdəmə periodu  Hərrac tarixiTədavülmüddəti
AZ2021020287Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar250(ədəd)1,000 manat12%Hər ayda bir dəfə(hər bir ayın 30(otuz)gün olduğunu qəbul etmək şərti ilə)20.05.20245 il

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Göygöldə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göygöldə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST”…
►►►
İqtisadiyyat / Biznes

AccessBank biznes müştəriləri üçün innovativ ödəniş həllini təqdim edir

AccessBank biznes müştəriləri üçün innovativ ödəniş həllini təqdim…
►►►
İqtisadiyyat / Biznes

“Unibank”dan 0 % komissiyalı kredit fürsəti – cəmi 2 gün!

“Unibank”dan 0 % komissiyalı kredit fürsəti – cəmi 2 gün! Əgər kredit götürməyi…
►►►