VTB Bakıda Moskva teatrı “Pyotr Fomenko Emalatxanası”nın tamaşasına dəstək oldu

Bakıda 18-19 may tarixlərində VTB Qrupunun dəstəyi ilə Moskva teatrı “Pyotr Fomenkonun Emalatxanası”nın qastrolları keçirildi. Rusiyalı aktyorlar ilk dəfə olaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Qurdlar və Qoyunlar” tamaşasını nümayiş etdilər.

VTB (Azərbaycan) dəfələrlə ölkəmizdə sosial tədbirləri dəstəkləyib və gələcəkdə də Moskva ilə Bakı arasında beynəlxalq mədəni əlaqələrin gücləndirilməsinə töhfə vermək niyyətindədir. Azərbaycanlı tamaşaçılar teatrın ən məşhur tamaşalarından biri olan “Qurdlar və qoyunlar” tamaşasını görmək üçün unikal bir fürsət əldə etdilər. Aleksandr Ostrovskinin eyni adlı pyesi əsasında hazırlanmış bu tamaşa, 1992-ci ildə Pyotr Naumoviç Fomenko tərəfindən səhnəyə qoyulmuş və artıq otuz ildən çoxdur ki, teatrın vizit kartı sayılır.

VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, https://vtb.az rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"Bakı axşamı dostlar əhatəsində" adlı konsert keçiriləcək

“Bakı axşamı dostlar əhatəsində” adlı konsert keçiriləcək 29 iyun Bakıda …
►►►
İncəsənət / Dəb

"Opera Günləri" layihəsi çərçivəsində "Traviata" operası təqdim olunub

“Opera Günləri” layihəsi çərçivəsində “Traviata” operası təqdim…
►►►
İncəsənət / Dəb

Rafet El Roman Bakıda konsert proqramı ilə çıxış edib.

Rafet El Roman Bakıda konsert proqramı ilə çıxış edib. 7 iyun özünəməxsus ifaları…
►►►