“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

10 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 100,000 (yüz min) manat həcmində olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

23 may 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2023020285
İstiqrazların növü və formasıFaizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar
İstiqrazların sayı100 (ədəd)
Nominal Dəyəri1,000 manat
İllik faiz dərəcəsi12%
Ödəmə perioduHər ayda bir dəfə(hər bir ayın 30(otuz)gün olduğunu qəbul etmək şərti ilə)
Hərrac tarixi23.05.2024
Tədavül müddəti5 il

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►
İqtisadiyyat / Biznes

“Azərikard”dan açıqlama

“Azərikard”dan açıqlama “Azərbaycan Respublikasının Mərkəzi Bankı “Azərikard”…
►►►