Bakı Fond Birjasında “EKOLİZİNQ” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

14 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “EKOLİZİNQ” MMC-nin buraxılış həcmi 250,000 (iki yüz əlli min) ABŞ dolları dəyərində olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“EKOLİZİNQ” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2008019500
İstiqrazların növü və formasıFaizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar
Yerləşdirmə üsuluRəqabətli
Buraxılış həcmi250,000 (iki yüz əlli min) ABŞ dolları
İstiqrazların sayı250 (ədəd)
İlkin ticarət qiyməti1,000 ABŞ dolları
İllik faiz dərəcəsi10%
Ödəmə perioduHər ayda bir dəfə (hər ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə)
Tədavül müddəti36 ay
Hərrac tarixi29.05.2024
Anderrayter“INVEST-AZ İnvestisiya Şirkəti” QSC
Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Tikinti sektoru ilə bağlı dövlət qurumlarının....

Tikinti sektoru ilə bağlı dövlət qurumlarının və sahibkarların iştirakı ilə ictimai…
►►►
İqtisadiyyat / Biznes

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır Bir ekosistemin vahid loyallıq…
►►►
İqtisadiyyat / Biznes

Belqradda Serbiya–Azərbaycan biznes forumu keçiriləcək

Belqradda Serbiya–Azərbaycan biznes forumu keçiriləcək Azərbaycan ilə Serbiya arasında…
►►►