Unibank təmir – tikinti işləri ilə bağlı tender keçirir

Unibank KB təmir – tikinti işləri üçün tender keçirir. Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Zeynalovun adına göndərməlidirlər. Zərflərin qəbulu üçün son tarix 06.06.2024-ci il, saat 12.00-dır.

Ünvan: R.Behbudov 55, Unibankın Baş ofisi.

Qeyd: Tenderdə qalib gələn şirkət həmin alqı-satqı ilə bağlı hesabı “Unibank” KB ASC-də açmalıdır.

Texniki şərtlərlə unibank.az saytında (https://unibank.az/az/news/retail/1283/unibank_temir_tikinti_ishleri_uchun_tender_kechirir) tanış ola bilərsiniz.

Bu şərtlər təmir-tikinti işləri üçün tələb olunan ən minimal tələblərdir. Təkliflərdə icra müddəti və markalarının qeyd olunması mütləqdir.

Hər bir şirkət sənədlər toplusuna tövsiyə məktublarını əlavə etməlidir.

Tenderin şərtləri ilə bağlı hansısa sual yaranarsa, Elchin.Salamov@unibank.az  ünvanına məktub yazaraq, dəqiqləşdirmək olar.

Əlaqədar məqalələr
Tender

Bank VTB (Azərbaycan) tender elan edir

Bank VTB (Azərbaycan) ASC 1000 RPS (saniyədə sorğu) üçün Positive Technologies Application…
►►►
Tender

Bank VTB (Azərbaycan) tender elan edir

Bank VTB (Azərbaycan) ASC 1000 RPS (saniyədə sorğu) tutumlu Positive Technologies Application…
►►►
Tender

Yelo Bank texniki tender elan edir

Yelo Bank RFID layihəsi üzrə Texniki Tender elan edir “Yelo Bank” ASC “RFID əsaslı…
►►►