“İNTERNATİONAL LEASİNG” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti-listinqə alınmışdır

29 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “İNTERNATİONAL LEASİNG” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti-listinqə daxil edilmişdir.

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışının başlanmasına ən azı 1 iş günü qalmış abunə yazılışının baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“İNTERNATİONAL LEASİNG” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ1002023237
Səhmlərin növü və formasıSəhm adi, sənədsiz, adlı
Səhmlərin sayı20,000 (ədəd)
İlkin ticarət qiyməti50 manat
Buraxılış həcmi1,000,000 manat
Ticarətə buraxılma tarixiEmitent tərəfindən bildiriləcək
Ticarət üsulu/formasıKütləvi/Abunə yazılışı
Anderrayter“Capital Partners İ.Ş” QSC

Bildirmək istərdik ki, “Express Lombard” ASC-nin Bakı Fond Birjasında “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.2.4.-cü, 4.2.5.-ci və 4.2.6.-ci bəndinin tələblərinə uyğun olaraq, nizamnamə kapitalı ən azı 200 000 (iki yüz min) manat olmalıdır, maliyyə hesabatları MHBS-nın tələblərinə uyğun hazırlanmalıdır. Son maliyyə ili   üzrə illik maliyyə hesabatları kənar (müstəqil) auditor tərəfindən auditdən keçməlidir və mütəmadi olaraq yenilənən və onun fəaliyyətinin mühüm istiqamətlərini işıqlandıran  internet səhifəsinə malik olmalıdır.