Fuad Musayev Hannover şəhərində konsert proqramında iştirak edib

“28 may Müstəqillik Günü” münasibətilə Almaniyanın Hannover şəhərində Bakı Alman Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə konsert proqramı baş tutub.

Rockvel.com xəbər verir ki, musiqili gecədə silsilə konsertləri ilə hər zaman tamaşaçının zövqünü oxşayan Fuad Musayev dillər əzbəri olan mahnıları qürbətdə yaşayan həmyerlilərimiz üçün səsləndirib.

Onun ifaları və səhnə şousu Almaniyada yaşayan həmyerlilərimiz tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb. Gecədə müğənni Samira Rəcəbli (Jazzy) də səhnə alıb.

Səfərdən təəssüratlarını bölüşən Fuad Musayev açıqlamasında ” Vətəndən kilometrlərcə uzaqda milli musiqilərimizi orada yaşayan həmyerlilərimiz üçün səsləndirdik. Yaşadığımız qürur və sevinc hissi ilə vətənə döndük. Bu konsert həm məsuliyyət, həm böyük sevgi, həm də vətən həsrəti ilə ərsəyə gəldi. Orada yaşayan işgüzar azərbaycanlı xanımların böyük əziyyətinin nəticəsində baş tutan bu gecə üçün hər kəsə təşəkkürümü bildirirəm” sözlərini söyləyib.

Qeyd edək ki, Hannover şəhərində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibtilə keçiriləcək növbəti konsert proqramında Xalq artisti Eyyub Yaqubov və Fuad Musayev birlikdə səhnə alacaq.

Əlaqədar məqalələr
City Life

Qazaxıstanın ilk müstəqil orkestri olan NE PROSTO ORCHESTRA

Qazaxıstanın ilk müstəqil orkestri olan NE PROSTO ORCHESTRA Azərbaycanda ilk dəfə!
►►►
City Life

“Sağlam Torpaq – Sağlam Həyat”

Azərbaycanda Dünya Torpaq Günü münasibətilə “Sağlam Torpaq – Sağlam Həyat” adlı…
►►►
City Life

Daşkəsən rayonunda növbəti ekoloji aksiya təşkil edilib

Daşkəsən rayonunda növbəti ekoloji aksiya təşkil edilib “AzerGold” QSC-nin…
►►►